Millimizin Kosovo ilə oyununun hakimləri açıqlandı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Kosovaya qarşı keçirəcəyi oyunun hakimləri məlum olub.

Prosort.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu millimizin görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi Donald Robertson, köməkçi referilər isə Cordan Stokoe və Şon Karr olacaq. Dördüncü hakim kimi Nikolas Uolş fəaliyyət göstərəcək.

Qeyd edək ki, Kosovo ilə qarşılaşma martın 22-də, Mitrovitsa şəhərindəki Adem Yaşari olimpiya stadionunda keçiriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.