Qurban Qurbanovun izlədiyi futbolçu zədələndi

“Samsunspor”un müdafiəçisi və millimizin üzvü Ufuk Budak zədələnib.

Prosport.Az xəbər verir ki, Türkiyə I liqasının son turunda qasıq nahiyyəsindən xəsarət alan futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı söylənilir. Ancaq onun nə vaxt sıraya qayıdacağı açıqlanmayıb. 

Yenidən millimizə dəvət ediləcəyi gözlənilən Budakın zədəyə görə komandamızın qarşıdakı toplanışından kənarda qalacağı istisna olunmur.

Qeyd edək ki, ötən həftə millimizin baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovu Ufuk Budakı izləmək üçün Türkiyəyə göndərmişdi.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.