"Azərbaycanla oyun bizim üçün təkan olacaq" - Kriuşenko

Belarus millisinin baş məşqçisi İqor Kriuşenko martın 23-də Bakıda millimizlə və martın 27-də Sloveniya ilə qarşılaşacaqları yoxlama oyunları haqda danışıb:

Prosport.Az xəbər verir ki, mütəxəssis sözügedən oyunlarda ənənəvi heyətlə çıxış edəcəklərini bildirib:

“Azərbaycan və Sloveniya ilə oyunlar bizim üçün vacibdir. Bu oyunlar Millətlər Liqasına hazırlıq prosesində bizim üçün təkan olacaq. Bu oyunlarda 4-3-2-1 taktiki sxemini təkmilləşdirməyə çalışacağıq. Ənənəvi heyətlə çıxış etməliyik. Ancaq bir neçə sistemi də nəzərdən keçirə bilərik. Bu baxımdan qarşıdakı oyunlar faydalı olacaq. Seçmə mərhələdə 4-3-2-1 taktiki sxemində oynayırdıq. Son iki yoxlama matçını da bu taktiki düzülüşdə keçirmişik. 4-3-2-1 yığmanın əsas taktiki sxemi ola bilər”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.