Azərbaycan - Belarus oyununun hakimləri müəyyənləşdi

Azərbaycan və Belarus milliləri arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Prosport.Az xəbər verir ki, qarşılaşmanın baş hakimi Andris Treimanis olacaq. Ona Haralds Gudermanis və Aleksejs Spasjonnikovs kömək edəcəklər. Hər üç FIFA referisi latviyalıdır.

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.