Millimiz Antalyaya toplanışa gedir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yanvarın 21-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

Prosport.Az xəbər verir ki, hazırlıq müddətində U-19 yanvarın 24-də və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, yanvarın 30-da isə “Krasnodar” klubunun əvəzedici komandası ilə yoxlama oyunu keçirəcək. Kosovo millisi ilə oyunlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00-da), sonuncu qarşılaşma isə saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) başlayacaq.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Nicat Mehbəliyev - Qarabağ FK
Nail Alışov - PFK Neftçi
Ayxan Arazlı - Qəbələ İK
Elnur İbrahimov - Spartak-2 (Moskva, Rusiya)
Zahid Mərdanov - FK Səbail
Fərid Nadirov - Qəbələ İK
İbrahim Hüseynov - Qarabağ FK
Elçin Mustafayev - FK Səbail
Rauf Hüseynli - Qarabağ FK
Kamran Məmmədov - FK Səbail
Sərcan Ömərov - Keşlə FK
Rüstəm Nuriyev - Qəbələ İK
Səbuhi Abdullazadə - FK Sumqayıt
Kamran Quliyev - Qəbələ İK
Tolqar Yaqubov - FK Səbail
Turan Vəlizadə - Qarabağ FK
Tural Bayramov - Qarabağ FK
Tahir Zeynalov - FK Səbail
Elvin Cəfərquliyev - Keşlə FK
Şakir Seyidov - FK Səbail
Samir Qurbanov - Qəbələ İK
Emil Qasımov - FK Səbail
Xəqani Sadıqov - Qarabağ FK
Məhəmməd Məhərrəmov - Qəbələ İK

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.