Millimiz qalib gəldi

Hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib. 

Prosport.Az xəbər verir ki, komandamız “Antalyaspor”un qızlardan ibarət U-19 komandası ilə qarşılıb və 3:2 hesabı ilə qələbə qazanıb. Millinin heyətində Birgül Çelik dubl edib. Bir dəfə isə avtoqol qeydə alınıb. 

Qeyd edək ki, millimiz bundan əvvəl "Antalyaspor"a 6:1 hesabı ilə qalib gəlmişdi.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.