"Qrupumuzdakı bütün komandaların şansları bərabərdir" - Vitali Borisov

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışını Bakıda davam etdirir. 

Prosport.Az xəbər verir ki, bu gün komandamızın mətbuat üçün açıq məşqi keçirilib.

Məşqdən öncə komandanın əsas üzvlərindən biri olan Vitali Borisov jurnalislərin suallarını cavablandırıb. O, öncə qitə çempionatı barədə fikirlərini bildirib:

Avropa çempionatının hazırlıqlarına bir müddətdir başlamışıq. Qrupumuz çox yaxşıdı. Fransa və İspaniya ilə eyni qrupa düşmüşük. Çox maraqlı olacaq. İspaniya dünyanın ən yaxşı komandalarından biridir. Fransa isə Çexiya və Xorvatiyanı Avropa çempionatından kənarda saxlayıb. Güclü komandadırlar. Avropa çempionatında zəif rəqib olmur.

- Komandamızın qrupdakı şansını necə qiymətləndirirsiz?

- Qrupumuzdakı bütün komandaların şansları bərabərdir - 33%. Hər şey oyunlar vaxtı meydanda bilinəcək.

- Baş məşqçi Joze Alesio bildirdi ki, Serbiya çempionatında fasilə yenicə yaranıb, bu səbəbdən Vitali komandaya gec qoşulub. Bu problem ola bilərmi?

- Serbiyada fasilə yanvarın 15-də yarandı. Mən də fürsətdən istifadə edib klub rəhbərliyindən icazə aldım. Artıq üç gündür komanda ilə birlikdə məşq edirəm.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.