Joze Alesio Sultanovu milliyə niyə çağırmayıb: "Eşitdim ki, o, çimərlik futbolu yığması ilə İrana gedəcək"

Bu gün Avropa çempionatına hazırlaşan futzal millimizin mətbuat üçün açıq məşqi olub.

Prosport.Az xəbər verir ki, məşq 20 Yanvar şəhidlərinə görə 1 dəqiqlik sükutla başlayıb. 

Məşqdən əvvəl isə mllimizin bas məşqçisi Joze Alesio da Silva mətbuat üçün brifinq keçirib.

20 Yanvar hadisəsinə görə Azərbaycan xalqına başsağlığı verən braziliyalı məşqçi bu ay Sloveniyada başlayacaq AÇ haqda fikirlərini bildirib:

"Artıq legionerlərimiz də bizə qoşulub. Tam heyətlə mübarizə aparırıq. İranla yoldaşlıq oyunlarından sonra AÇ-yə yollanacaq heyəti müəyyənləşdirəcəyik. AÇ-də məqsəd qrupdan çıxmaqdır. İlk oyunumuz Fransa ilədir. Məncə, qrupda əsas oyunumuz da onlarla olacaq. Ispaniyanin gücü isə hamıya bəllidir. Son Avropa çempionlarıdırlar. Fransa ilə oyundan sonra onlar haqda düşünəcəyik".

Daha sonra o, Prosport.Az-ın əməkdaşının  "çempionatın 16 qolla bombaŕdirì Renat Sultanovun yığmaya çağırılmaması nə ilə əlaqədardır" sualına aydınlıq gətirməyə çalışıb:

"Biz onu İrandakı turnirə aparmışdıq. Amma millinin sisteminə 3 gün ərzində uyğunlaşması qeyri-mumkun olduğundan, onu oynatmadıq. Bu dəfə də onu çağırmaq istəyirdim. Ancaq eşitdim ki, o, çimərlik futbolu yığması ilə İrana gedəcək. Ona görə çağırmadim".

Qeyd edək, "Marafon" klubunun üzvü olan Renat Sultanov heç çimərlik futbolu millimizə də çağırılmayıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.