Millimiz Torbalıda Kosovoya uduzdu

Türkiyədə keçirilən Egey kubokunda II tura start verilib.

Prosport.Az xəbər verir ki, A qrupunda çıxış edən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2-ci oyununda Kosovo ilə görüşüb.

Matç İzmirin Torbalı qəsəbəsindəki Altınordu Mətin Oktay adına bazada baş tutan qarşılaşma yığmamız üçün uğursuz alınıb. Belə ki, Kosovo futbolçuları 2 cavabsız qolla daha güclü olublar.

İlk matçında Albaniyaya 1:0 hesabı ilə qalib gələn Vüqar Məmmədin yetirmələri noyabrın 23-də baş tutacaq son turda Türkiyə ilə qarşılaşacaq. İlk matçında kosovoluları 4:0 hesabı ilə yenmiş “ay-ulduzlular” bu gün Albaniyanı sınağa çəkəcək.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.