Türklər millimizin yer aldığı qrupda liderliyi ələ keçirdi

16 yaşadək futbol mililəri (U-16) arasında Türkiyədə keçirilən Egey Kubokunda 1-ci günə yekun vurulub.

Prosport.Az xəbər verir ki, U-16 millimizin yer aldığı A qrupunda Türkiyə Kosovoya 4:0 qalib gələrək qrupda top fərqinə görə lider olub.

B qrupunda isə Rusiya Monteneqronu 3:0, Yunanıstan isə Moldovanı 1:0 məğlub edib.

Qeyd edək ki, millimiz ilk görüşündə Albaniyanı 69-cu dəqiqədə Vüsal Qənbərovun vurduğu yeganə qolla məğlub edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.