Millimiz Quşadasında qələbə qazandı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş Egey Kubokunda bu gün ilk oyununu keçirib.
 
Prosport.Az xəbər verir ki, Quşadasında Albaniya komandası ilə qarşılaşan yığmamız Bəhruz Tanrıverdiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb. Futbolçularımız turnirdə növbəti oyununu sabah Kosovo komandasına qarşı keçirəcək. Görüş yenə Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
 
Qeyd edək ki, 1999-cu ildən mütəmadi olaraq keçirilən bu turnirin A qrupundakı digər rəqiblərimiz Türkiyə ilə Kosovo bu gün Bakı vaxtı ilə saat 16:00-da qarşılaşacaqlar. B qrupundakı komandalar Yunanıstan, Rusiya, Moldova və Monteneqrodur. Reqlamentə görə, qrup qalibləri final, qrup 2-ciləri isə III yer uğrunda matç keçirəcəklər.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.