“Prosport”un xəbəri təsdiqləndi: Daha bir futbolçumuz İsveç klubunda

Daha bir azərbaycanlı futbolçu Avropaya yollanıb.

Prosport.Az xəbər verir ki, Tovuz futbol məktəbinin yetirməsi olan Ruzi Qiyaslı İsveçin III divizionunda çıxış edən "Liksele" ilə müqavilə bağlayıb.

Qeyd edək ki, "Sabah" klubunun qapıçısının İsveç klubuna keçəcəyini ötən ay xəbər vermişdik. Həmin kluba Zaur Nəzirov və Elsevər Bəkirzadə adlı azərbaycanlı futbolçular da bundan öncə transfer olunub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.