Araz Abdullayev "Anartosis"dən ayrılır

"Anortosis" klubu "Qəbələ"dən icarəyə götürdüyü Araz Abdullayevi mövsümün sonunda geri qaytaracaq.

Prosport.Az xəbər verir ki, bu barədə Kipr mətbuatı xəbər yayıb. "Goal.philenews.com" saytının yazdığına görə, "Qəbələ"nin 26 yaşlı yarımmüdafiəçi üçün tələb etdiyi 150 min avro təzminat məbləğini çox hesab edən Famaqusta təmsilçisi Arazla yolları ayırmaq qərarına gəlib: "Əminliklə deyə bilərik ki, azərbaycanlı futbolçu yeni mövsümdən "Anortosis"də olmayacaq".

Qeyd edək ki, Araz mövsümün əvvəlindən icarə əsasında Kipr klubunda çıxış edir.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.