Araz Abdullayev diskotekaya getdi, azarkeşlər etiraz etdi - VİDEO

İcarə əsasında Kiprin "Anortosis" klubunda çıxış edən millimizin üzvü Araz Abdullayev diskotekada görüntülənib.

Prosport.Az xəbər verir ki, müqavilə ilə “Qəbələ”yə məxsus olan yarımmüdafiəçi çempionatın 32-ci turunun AEK ilə oyunundan (1:1) sonra komanda yoldaşları ilə əylənməyə gedib.

Daniyel Pranyiç, Ruben Rayonun da olduğu görüntüləri "Anortosis"in digər futbolçusu Qordon Şildenfeld şəxsi "İnstaqram" hesabından paylaşıb. Futbolçuların heç-heçədən sonra diskotekaya gedib əylənmələri azarkeşlərin narazılığına səbəb olub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.