"Ayntraxt" Renat Dadaşovu intizamsızlığına görə qovdu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov çıxış etdiyi “Ayntraxt” klubundan qovulub.

Prosport.Az xəbər verir ki, buna futbolçunun intizamsızlığı səbəb olub. Gənc hücumçu komanda yoldaşı ilə dalaşıb.

Klubun gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraats artıq Renata şans verilməyəcəyini bildirib:

“Onu intizamsızlıq səbəbindən komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi yenidən imkan yaratmışdı. Lakin bundan artıq şans verilməyəcək”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.