Millimizin üzvü Almaniyada müailicə olunacaq

"Samsunspor"un futbolçusu Ufuk Budak zədəsinin müalicəsi üçün Almaniyaya gedib.

Prosport.Az xəbər verir ki, onu həkimi və fizioterapevti müayinədən keçirəcək. 27 yaşlı oyunçu gələn həftə Samsuna qayıdaraq məşqlərini bərpa edəcək.

Qeyd edək ki, Ufuk Budak zədəli olduğu üçün Azərbaycan millisinin Belarus və Makedoniyaya qarşı yoldaşlıq görüşlərinə çağırılmayıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.