Araz komandasına qələbə qazandıra bilmədi - VİDEO

Futbol üzrə Kipr çempionatında 28-ci turun oyunları keçirilib.

Prosport.Az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” evdə “Apollon”la üz-üzə gəlib. Görüş Famaqusta təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Araz oyunun 48-ci dəqiqəsində hesab 1:1 olarkən meydana daxil olub.

28 turdan sonra 57 xala malik olan “Anortosis” 3-cü pillədə qərarlaşıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.