Nəzərovun komandası Belçika klubu ilə bacarmadı

Qış hazırlığını davam etdirən milli komandamızın üzvü Dmitri Nəzərovun çıxış etdiyi "Aue" növbəti görüşünü keçirib.

Prosport.Az xəbər verir ki, “bənövşəyilər” Belçika təmsilçisi “Oostende” ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. Nəzərov matça start heyətdə başlayıb.

Qeyd edək ki, qış fasiləsində ikinci hazırlıq oyununu keçirən Aue təmsilçisi ilk görüşdən də məğlub ayrılmışdı. “Aue” “Ayntraxta” 0:3 uduzmuşdu.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.