Arazlı "Anortosis" kubok matçında qələbə qazandı

Futbol üzrə Kipr kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Prosport.Az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də bu turnirdə növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Ayia Napa” ilə üz-üzə gəlib. Görüş Futbolçumuzun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Araz bu matça da start heyətində başlayıb. Onun komandası 1/4 finala vəsiqə qazanmaq üçün yanvarın 17-də rəqib meydanında keçiriləcək oyunda da ən azı uduzmamalıdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.