Rauf Əliyevin komandası ev matçında məyus oldu

Futbol üzrə Albaniya çempionatında XI turun matçları baş tutub.

Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu “Kukesi” öz meydanında “Partizani” ilə qarşılaşıb. "Kukesi" 1:2 hesabı ilə məğlub olub.

Millimizin üzvü Rauf meydana matçın 46-cı dəqiqəsində daxil olub.

Qeyd edək ki, “Kukesi” 19 xalla III pillədədir.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.