Rüfət Dadaşov Almaniyada daha 2 qol vuraraq rekorda imza atdı

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
 
Prosport.Az xəbər verir ki, Berlin təmsilçisi XV turda Leypsiq "Lokomotive”ni qəbul edib. Görüş "Dinamo”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 
 
Qollardan 2-ni Rüfət Dadaşov vurub. O, 28-ci dəqiqədə penaltidən hesabı açıb. Rüfət daha sonra 44-cü dəqiqədə dubl edib. Bu, Dadaşovun mövsümdə vurduğu 13 və 14-cü qollardır. Ötən mövsüm 12 qol vurmuş hücumçu bu dəfə dubl etməklə şəxsi rekordunu yeniləyib.
 
Qeyd edək ki, "Dinamo” hazırda 29 xalla turnir cədvəlinin II pilləsində qərarlaşıb.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.