Azərbaycan millisinin futbolçusu fransız məşqçi ilə Avstriyada mətbuat konfransına çıxacaq

Milli komandamızın oyunçusu Dəniz Yılmaz əfv edilib.

Prosport.Az xəbər verir ki, uzun müddətdir “Bursaspor”da heyətdən kənarlaşdırılan hücumçu yenidən əsas komandaya daxil edilib.

Baş məşqçi Pol Le Quenlə görüşən hücumçunun heyətə daxil edildiyi və Avstriyadakı təlim-məşq toplanışına aparılacağı bildirilib.

Bir müddətdir təkbaşına məşq edən hücumçu daha sonra fransız baş məşqçi ilə görüşüb və ona öz problemlərini anladıb. Millimizin üzvünü dinləyən Le Quen isə onun komanda ilə birlikdə təlim-məşq toplanışına qatılmasına qərar verib.

Qeyd edək ki, Dəniz Yılmazın baş məşqçisi ilə birlikdə Avstriyada mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, millimizin hücumçusu ötən mövsümüm bitməsinə 4 həftə qalmış heyətdən uzaqlaşdırılmışdı. Belə ki, "Bursaspor"un sabiq baş məşqçisi Adnan Örnək uğursuz nəticələrdə onun qol vura bilməməsini əsas gətirmişdi.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.