Millimizin futbolçusu Almaniya klubu ilə müqaviləsini 3 illik artırdı

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nəzərov klubu “Ertsqebirqe” ilə müqaviləsini yeniləyib.
 
Prosport.Az xəbər verir ki, bu barədə klubun "Feysbuk" səhifəsi məlumat verib.
 
Bildirilir ki, 27 yaşlı futbolçu II Bundesliqa təmsilçisi ilə 2018-ci ilə qədər olan müqavilə müddətini 2021-ci ilin yayına qədər uzadıb.
 
Qeyd edək ki, “Ertsqebirqe”yə ötən il “Karlsrue”dən keçən Dmitri Nəzərov geridə qalan mövsümdə 9 qola imza atıb.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.