Samir Məsimov Rusiya çempionatında meydana çıxdı - VİDEO

Rusiya I divizionunda mövsümə start verilib.

Prosport.Az xəbər verir ki, gənclərdən ibarət millimizin və “Neftçi”nin keçmiş oyunçusu Samir Məsimovun şərəfini qoruduğu “Fakel” də ilk matçına çıxıb.

Voronejlilər Astraxan “Volqar”ı ilə qarşılaşıblar. Görüşdə hesab açılmayıb – 0:0.

Qeyd edək ki, matça 21-ci dəqiqədə qoşulan Samir Məsimov 86-cı dəqiqədə əvəzlənib. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.