Saşa Yunisoğlu təltif edildi – FOTO

Millimizin sabiq futbolçusu Saşa Yunisoğlu idman ustası adına layiq bilinib.

Prosport.Az-ın xəbərinə görə, onu Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Fikrət Hüseynov təltif edib.

Sasha Yunisoglu adlı şəxsin şəkli.

Qeyd edək ki, Ukrayna doğumlu olan Saşa Yunisoğlu 2007-2011-ci illərdə millimizin şərəfini qoruyub. Mərkəz müdafiəçisi olmuş Yunisoğlu “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ” kimi klublarda oynayıb, Polşa və Türkiyədə legioner karyerası yaşayıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.