Azərbaycanlı hakim İsveçrə - İngiltərə oyununda

FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsindəki növbəti təyinatı məlum olub.

Prosport.Az xəbər verir ki, azərbaycanlı hakim A qrupunun İsveçrə - İngiltərə qarşılaşmasında iş başında olacaq.  O, görüşün baş hakimi Rumıniya Futbol Federasiyasından Fesnik Horatiu Mirceaya köməklik edəcək.

Qeyd edək ki, matç mayın 10-u Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.