Bakıda olmuş erməni jurnalistin Avropa çempionatında ürəyi getdi

Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatında bədbəxt hadisə baş verib.
 
Prosport.Az xəbər verir ki, ilk yarış günündə erməni jurnalist Karen Qiloyanın ürəyi gedib.
 
O, dəhlizdə huşunu itirərək yerə yıxılıb. Onu dərhal yerli tibbi personal özünə gətirməyə çalışıb. Erməni jurnalist xəstəxanaya aparılıb.
 
Qeyd edək ki, Karen Qiloyan Bakıda keçirilmiş Avropa Oyunlarında Ermənistan Milli Olimpiya Komitəsinin mətbuat katibi kimi ölkəmizə gəlib.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.