Əliyar Ağayev "Mançester Siti"nin futbolçusunu qovdu - VİDEO

Dünən UEFA Gənclər Liqasının yarımfinal mərhələsində “Mançester Siti” “Barselona” ilə qarşılaşıb.

Prosport.Az xəbər verir ki, azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi oyun Kataloniya klubunun 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Əliyar Ağayev bu oyunda “Bareselona”dan iki, “Mançester Siti”dən isə 3 futbolçuya sarı vərəqə göstərib. Matçın 36-cı dəqiqəsində Ağayev şəhərlilərin futbolçusu Lorenzo Qonzalezə ikinci sarı vərəqəni göstərərək onu meydandan qovub.

Qeyd edək ki, "Barselona" finalda "Çelsi" ilə qarşılaşacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.