Əliyar Ağayev “Mançester Siti” – “Barselona” oyununa təyinat aldı

UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək “Mançester Siti”  – “Barselona” oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Prosport.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb  Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Scharer (İsveçrə) yerinə yetirəcək.

Qeyd edək ki,  “Mançester Siti”  – “Barselona” görüşü aprelin 20-i keçiriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.