Regional Liqa klubu Böyükağa Hacıyevi belə andı - FOTO

Azərbaycan Regional Liqasında keçirilən oyun zamanı bir neçə gün əvvəl dünyasını dəyişmiş "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin xatirəsi yad edilib.

Prosport.Az xəbər verir ki, Qubanın "Şahdağ"ı ilə qarşılaşan Qusarın “Şahdağ” klubu Böyükağa Hacıyevin Avropa Liqası zamanı işlətdiyi məşhur cümlənin qeyd olunduğu pankart açıb.

Pankartda "Bu gün iki oğlumu unudub, 28 oğlumun arxasında qaçıram" sözləri yazılıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.