Azərbaycanlı məşhurlar Avstriya klubuna dəstək oldular – FOTO

Azərbaycanın tanınmış simaları futbol üzrə Avstriyanın Şərq Regional Liqasında çıxış edən “Karabax” (Vyana) klubuna dəstək olub. 

Prosport.Az xəbər verir ki, şahmat üzrə üçqat Avropa çempionu, FİDE reytinqində dünyanın ikinci şahmatçısı Şəhriyar Məmmədyarov, yunan-Roma güləşi üzrə üçqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rövşən Bayramov, yunan-Roma güləşi üzrə ilk Avropa Oyunlarının qalibi, IV İslam Həmrəylik Oyunlarının çempionu Elvin Mürsəliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, karate üzrə dünya və Avropa çempionu Şahin Atamov, Azərbaycanın əməkdar artisti Səlim Abbasov, əməkdar artist, əfsanəvi “Bakılı Oğlanlar” Şən Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə, ATV kanalının “Həftə sonu” ictimai-siyası proqramının müəllifi, aparıcı Vaqif Aydınoğlu, ATV kanalında idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə sosial şəbəkədəki rəsmi səhifələrində “Karabax” klubunun oyunlarını izlədiklərini və onlara dəstək olduqlarını yazıblar. 

Tanınmış simalar “Karabax” Vyananın formalarını paylaşaraq kluba uğurlar arzu edib, tezliklə azərbaycanlılar tərəfindən yaradılan komandanın Avstriyanın yüksək dəstəsində mübarizə aparmasını arzulayıb.

Xatırladaq ki, azərbaycanlı soydaşlarımız tərəfindən yaradılan “Karabax” klubu 2014-cü ildə ölkənin VI liqasında çıxış etməyə başlayıb. Hazırda komanda Avstriya Ştadt Liqada (III Liqa) mübarizə aparır.

 

 
 
 
 
 
 
 
 
 
 
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.