"Qarabağ" gerilədi

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

Prosport.Az xəbər verir ki, cədvəldə klublarımızdan ən yaxşı göstəriciyə malik olan "Qarabağ"ın mövqeyi dəyişib. Belə ki, hesabında 20.500 xalı olan Ağdam klubu geriləyib və hazırda 69-cu pillədə qərarlaşıb. 

Digər klublarımızın isə mövqeyi dəyişməyib. “Qəbələ” 5,250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. 

“Neftçi”, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” isə 244-cü pilləyə şərikdi. Bu klublarımızın hər birinin aktivində 3,825 xal var.

Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 150,000 xala malik “Real” başçılıq edir. “Barselona” ikinci (126,000), “Bavariya” üçüncüdü (125,000).

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.