"Qarabağ"ın paylaşımı İspaniyada gündəm oldu

"Qarabağ"ın rəsmi "Feysbuk" səhifəsinin dünən Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen" - "Atletiko" matçı öncəsi atmacalı paylaşımı İspaniyada geniş əks-səda doğurub.

Prosport.Az xəbər verir ki, ölkənin dünyaca məşhur “Marca” və “El Mundo Deportivo” nəşrləri öz səhifələrində sözügedən paylaşıma yer ayırıblar.  “Qarabağ”ın bu paylaşımla hər iki klubu əla saldığını qeyd edən “Marca” “Atletiko”nun bundan dərs çıxarmalı olduğunu vurğulayıb.

“El Mundo Deportivo” isə “Qarabağ”dan Kopenhagendəki qurbanlarına acı salam: “Ümid edirik ki, bizi unutmayacaqsız” başlıqlı xəbərdə Ağdam klubunun “Kopenhagen”i Mahir Mədətov və Dino Ndlovunun qolları sayəsində  Çempionlar Liqasından kənarlaşdırmağı, eyni zamanda ÇL-in qrup mərhələsində “Atletiko”dan hər iki görüşdə xal alıb, komandanı Avroliqaya göndərməyi qeyd olunub.

Qeyd edək ki, “Qarabağ” ÇL-də bu mövsüm qarşılaşdığı 2 rəqibinə oyundan əvvəl söz atıb. “Atletiko” və “Kopenhagen”in loqolarının yer aldığı şəkili paylaşan Ağdam klubunun rəsmi “Facebook” səhifəsi bu sözləri yazıb: "Qarabağ"ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.