Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda 6 dəfə əlini cibinə atdı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının oyununu idarə edib.

Prosport.Az xəbər verir ki, o, Türkiyənin “Beşiktaş” və Portuqaliyanın “Portu” klublarının U-19 komandalarının oyununda ədaləti qorumağa çalışıb. Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Ağayev bu oyunda 6 sarı vərəqə çıxarıb ki, onlardan 4-ü meydan sahiblərinə, 2-si isə qonaqlara göstərilib.

Qeyd edək ki, Əliyar Ağayevə yan xətt hakimləri Mübariz Haşımov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını Türkiyədən olan Oğuzhan Uğurlu yerinə yetirib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.