"Yığmaya çağırılmağım mənim üçün sürpriz deyil" - "Qarabağ"ın afrikalı hücumçusu

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın hücumçusu Dino Endlovu CAR millisinin Burkina Faso ilə seçmə mərhələ oyununa çağırılıb.

Prosport.Az xəbər verir ki, Endlovu bununla bağlı danışıb. CAR millisi 2014-cü ilin martında Braziliya ilə yoldaşlıq oyununda 0:5 darmadağın olduqdan sonra Dino milli üzünə həsrət qalıb. Bu üzdən o, yığmaya yenidən çağırıldığına inanmayıb:

"Yalnız mən indi bilmişəm ki, milliyə çağırılmışam. Bundan xəbərim yox idi. Bunu anlamağım gərəkdir... Əslində mənim üçün bu, sürpriz deyil. Çünki mən son bir neçə aydır ki, ağır məşqlər keçmişəm və artıq taqətim tükənmişdi. Buna baxmayaraq, ağır məşqlər hələ qurtarmayıb və mən işimi davam etdirməliyəm".

Sonda Dino Endlovu "Qarabağ"ın "Çelsi" ilə oyunundakı çıxışından da danışıb: "Stemford Bric"dəki təcrübə heyrətamiz idi. Hiss etdim ki, yaxşı oynamışam. Mənə yalnız 1 qol lazım idi ki, ən yaxşı oyunumu göstərim".

Qeyd edək ki, D qrupunda 1 xalla sonuncu olan CAR millisinin dünya çempionatına yollanmaq şansı, demək olar ki, yox dərəcəsindədir. Oktyabrın 7-də keçiriləcək turnir cədvəlinin lideri Burkina Faso ilə ev oyunu üçün "Bafana Bafana" hazırlıqlara gələn ayın 1-dən start verəcək.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.