"Qarabağ"ın hücumçusu CAR yığmasına çağırıldı

“Qarabağ”ın hücumçusu Dino Endlovu uzun fasilədən sonra CAR yığmasına çağırılıb.

Prosport.Az xəbər verir ki, 27 yaşlı futbolçu Ağdam klubundakı oyunu ilə millinin baş məşqçisi Stüart Baksterin diqqətini cəlb edə bilib.

“Bafana Bafana”nın çalışdırıcısı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Burkina Faso ilə keçirəcəkləri oyunda Endlovunun da xidmətindən yararlanmaq niyyətindədir. Bu səbəbdən o, ötən ildən “Qarabağ”ın formasını geyinən forvardın adını 25 nəfərlik siyahıya daxil edib.

CAR millisi Burkina Faso ilə oktyabrın 7-də Yohannesburqda qarşılaşacaq.

Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Endlovu bu vaxta qədər millidə 4 oyun keçirib.  

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.