"Kəpəz"də hamı Türkiyəyə getdi: 1 nəfərdən başqa

Premyer Liqada yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün "Kəpəz" Türkiyəyə yollanıb.

Prosport.Az xəbər verir ki, Gəncə klubu 10 gün ərzində Ərzurumda hazırlıq keçəcək. Komanda gündə iki dəfə - səhər və axşam olmaqla məşqlərə çıxacaq. Günün ilk məşqi Bakı vaxtı ilə saat 12:00-a, ikinci hazırlıq prosesi isə saat 18:00-a nəzərdə tutulub. Türkiyədə olduğu müddətdə "Kəpəz" 3 yoxlama oyunu keçirəcək.

Yeri gəlmişkən, "Kəpəz"in yeni transferi Tural Cəlilov zədələnib. Müdafiəçi komandanın fitnes məşqində xəsarət aldığı üçün Türkiyəyə təlim-məşq toplanışına aparılmayıb. Tibbi müayinə zamanı Cəlilova sol dizin medial kollateral bağının birinci dərəcəli gərilməsi diaqnozu qoyulub.

Klubun tibbi personalından verilən məlumata görə, hazırda futbolçu özünü yaxşı hiss edir və zədəsi ciddi deyil. Tural Cəlilov 10 gün müddətində həkim nəzarəti altında olacaq.

kapazpfc.az

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.