Azərbaycan millisi Slovakiyada məğlubiyyətsiz çempion oldu

16 yaşadək eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığması Slovakiyanın Preşov şəhərində təşkil olunmuş beynəlxalq futzal turnirinin qalibi olub.

Prosport.Az xəbər verir ki, yığmamız final qarşılaşmasında Qazaxıstan komandasını 6:1 hesabı ilə məğlub edib. Komandamızın turnirin I dövrəsində qazaxları 7:1 darmadağına məruz qoyduğunu da xatırladaq.

Qeyd edək ki, yığmamız turniri məğlubiyyətsiz keçirib. Yalnız meydan sahibləri Slovakiya ilə heç-heçə (2:2) edən millimiz qalan görüşlərdə qalib gəlib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.