"Səbail"in fars və ərəblərlə qarşılaşmasına nə mane oldu?

İyulun 10-dan etibarən Türkiyənin Kartəpə bölgəsində toplanışda olan "Səbail" hazırlığını davam etdirir.

Prosport.Az xəbər verir ki, əvvəlcə planda İranın "Zob Ahan" komandası ilə oyun olsa da, rəqib "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) klubuna dəyişdirilib. Lakin ərəblərlə bu gün keçirilməli yoxlama oyunu başa tutmayıb. Buna səbəb əlverişsiz hava şəraiti olub.

Qeyd edək ki, "Səbail" ilk matçında Omanın U-23 yığması ilə qolsuz bərabərliyə qalıb. "Aslanlar" iyulun 20-də Səudiyyə Ərəbistanının digər klubu "Əl-İttifaq"la qarşılaşacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.