"Neftçi"nin gücü I dəstə klubuna çatır

"Neftçi” PFK təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Prosport.Az xəbər verir ki, Bakı komandası I dəstənin debütantı "Binə” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.

"Neftçi”nin start heyəti belə olub: Rəşad Əzizli, Georgi Navalovski (Məqsəd İsayev), Kiril Petrov (Rahil Məmmədov), Pavel Dreksa, Məhəmməd Mirzəbəyov (Ömər Buludov), Tərzin Cahangirov (Edson Kastilyo), Ruslan Abışov, İqnasio Errera (Daniel Seqoviya), Rəhman Hacıyev (Namiq Ələsgərov), Elnur Cəfərov (Fəhmin Muradbəyli), Uqo Barqas (Rəsul Babazadə).

"Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da digər I dəstə klubu "Şüvəlan”a qarşı keçirəcək. Xatırladaq ki, "ağ-qaralar" bundan əvvəl "Kəpəz"ə 0:2 uduzmuşdu.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.