İlin idman jurnalistləri müəyyən edildi

22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunub.
 
Prosport.Az xəbər verir ki, əvvəlcə "Dalğa Arena”nın əsas meydanında KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə 4 komandalı mini-turnir keçirilib. Turnirin qalibi olan komandanın üzvlərinə AFFA tərəfindən hədiyyələr verilib. Sonra media əhli şam yeməyində bir araya gəlib. 
 
Sonda AFFA yanında Media Komitəsi tərəfindən ötən il olduğu kimi 7 istiqamət üzrə qaliblər elan edilib. Həmin qaliblərin adlarını təqdim edirik:
 
İlin fotoqrafı - Hicran Babayev ("Futbol+" qəzeti)
İlin idman yazarı - Elşən Məmmədov (Sportnet.az)
İlin mətbuat katibi - Səbuhi Məmmədov ("İnter" PİK)
İlin teleşərhçisi - Ramiz Mirzəzadə ("İdman Azərbaycan" telekanalı)
İlin reportyoru - Elnur Həmidov (Komanda.az)
İlin ən yaxşı layihə icraçısı - Tural Xudiyev (Sportline.az)
İlin ahıl jurnalisti - Məzahir Süleymanzadə 
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.