"Kəpəz" yenə qalib gəldi, "Neftçi" ilk oyununda uduzdu

"Neftçi” PFK təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Prosport.Az xəbər verir ki, Bakı komandası "Kəpəz” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş 0:2 hesablı məğlubiyyətlə nəticələnib. "Kəpəz" "Bakı"dan sonra bu komandaya da qalib gəlməklə ardıcıl 2-ci qələbəsini qazanıb.

"Neftçi”nin start heyəti belə olub: Rəşad Əzizli, Georgi Navalovski, Pavel Dreksa, Kiril Petrov, Məqsəd İsayev, Elçin Əsədov, Edson Kastilyo, Namik Ələsgərov, Fəhmin Muradbəyli, Daniel Seqoviya, Uqo Barqas.

Meydana sonradan daxil olanlar: Maksim Vaylo, Anton Krivotsyuk, Rahil Məmmədov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, İlqar Ələkbərov, Tərzin Cahangirov, İqnasio Errera, Rəhman Hacıyev, Elnur Cəfərov, Mirabdulla Abbasov.

Qeyd edək ki, "Neftçi” Bakı toplanışı çərçivəsində iyulun 15-də "Binə”, 19-da isə "Şüvəlan” klubu ilə qarşılaşacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.