Azərbaycanda yeni futbol klubu qeydiyyatdan keçdi - FOTO

Azərbaycanda daha bir klub rəsmən yaradılıb.

Prosport.Az-ın redaksiyasına klubdan verilən məlumata görə, "Ələt" adlı komanda rəsmi olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçib. Bununla da Qaradağ rayonunda "Qaradağ-Lökbatan"dan sonra 2-ci komanda "Ələt" olacaq.

Klub 1 həftədir ki, qeydiyyatdan keçib. Ancaq komanda oktyabrda başlayan və bu ay yekunlaşan Bakı Kəndlər Futbolu Federasiyasının keçirdiyi çempionatda "Ələt Bələdiyyəsi" adı ilə çıxış edib və 10 komandanın iştirak etdiyi çempionatda IV yeri tutub. Hətta komanda sonradan çempion olan "Şəfəq Sabunçu"ya qalib də gəlib.

Sabuhi Musayev adlı şəxsin şəkli.

Yeni yaradılmış klubun təsisçisi Ayaz Məmmədzadədir. Klubun rəsmi şəkildə qeydiyyatdan keçməsində məqsəd peşəkarlaşmaqdır. "Ələt" yeni mövsümdən həvəskarlar liqasında, daha sonra I dəstədə çıxış etməyi qarşısına məqsəd qoyub.

ƏLƏT Futbol Klubu MMC adlı şəxsin şəkli.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.