Yaşar Bəşirov: “Dünya Karate Federasiyasının rəhbərliyinə dedim ki, Rafaeli sıxışdırdılar”

İdmançımız Rafael Ağayevin Paris Open turnirinin finalında hakimlər tərəfindən uduzdurulmasına Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov münasibət bildirib.

Prosport.Az-ın xəbərinə görə, Bəşirov buna görə etiraz etmədiklərini, ancaq Dünya Karate Federasiyasının rəhbərliyinə bunu bildirdiklərini qeyd edib:

“Rafael bu gün dünyada birincisidir. Finalda Rafaelin zərbəsi daha dəqiq idi və ona xal verilməli idi. Orda etiraz etməklə iş həll olunmur. Mən ayrıca Dünya Karate Federasiyasının rəhbərliyi, hakimlərlə danışıram. Bakıda karate hakimlərinin seminarı olacaq. Bura Avropa Hakimlər Kollegiyasının sədrini dəvət etmişik. Çünki gələn ilin mayında Bakıda karate üzrə Avropa çempionatı keçiriləcək. Orda da deyiləcək ki, bir də belə hallar olmasın. Əsas rəhbərlikdir. Onlara da bildirdim ki, Rafaeli sıxışdırdılar”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.