Vüqar Məmməd norveçlilərlə oyundan danışdı

Bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində Norveçin “Tromsö” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş yoxlama oyunundan (2:2) sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd affa.az-a fikirlərini bildirib:

Prosport.Az həmin fikirləri təqdim edir:

“Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Bu oyunda fiziki baxımdan çox güc sərf etdik. Oyun zamanı bəzi gedişlər oldu ki, yaxşı alındı. Taktiki planda müəyyən işlərimiz qalıb. Bundan sonra onlara daha çox vaxt ayıracağıq. Fikrimcə, toplanışın ümumi gedişatı komandanın xeyrinədir. Futbolçuların ümumi hazırlığında artım hiss olunur”.  

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.