“Neftçi”nin fransalı futbolçusu Türkiyə toplanışını dəyərləndirdi

"Neftçi”nin hücumçusu Baqaliy Dabo klubun rəsmi saytına açıqlama verib.

Prosport.Az xəbər verir ki, Antalya toplanışını dəyərləndirən fransız futbolçu komandaya fayda vermək üçün əlindən gələni etdiyini bildirib:

"Toplanış normal keçdi. Çox yaxşı hazırlaşdıq. Bu gün son yoxlama oyunumuza çıxacağıq. İnanıram ki, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacağam. Məşqçi hansı mövqeyə təyin etsə – istər cinahlarda, istər də hücumda oynamağa hazıram. Önəmli olan meydana çıxmağımdır. Meydanda olanda komandaya fayda vermək üçün əlimdən gələni edirəm”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.