Əfran İsmayılov: “Yalnız bu klubla şəkil çəkdirmək məsələsi qalıb”

“Qarabağ”dan ayrılmış Əfran İsmayılov karyerasını “Sumqayıt”da davam etdirəcək.

Bu barədə Prosport.Az-a futbolçunun özü xəbər verib:

“Sumqayıt klubunun rəhbərliyi ilə görüşümüz oldu. Sağ olsunlar, bütün istəyimi yerinə yetirdilər. Ona görə də yeni müqavilə barədə razılığa gəldik. Yalnız klub formasında şəkil çəkdirmək məsələsi qalıb. Yəqin ki, bu günlərdə klub saytında keçidim elan olunacaq”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.