İsveçdə oynayacaq legionerimiz: “Əslində Latviya klubuna keçməliydim”

Xəbər verdiyimiz kimi, 3 azərbaycanlı futbolçu İsveçin “Liksele” klubunda çıxış edəcək.

Bu barədə Prosport.Az-a həmin futbolçulardan biri olan Elsevər Bəkirzadə açıqlama verib.

“Qəbələ”, “Xəzər Lənkəran” və “Sumqayıt”ın sabiq futbolçusu bildirib ki, onun İsveçə gəlişi müvəqqətidir:

“Mən əslində Latviyanın elita klubu olan “Yelqava”da oynamalıydım. Mənə həmin klubdan rəsmi dəvət gəlmişdi. Lakin viza məsələsində gecikdiyim və transfer pəncərəsi bağlandığı üçün ora keçidim baş tutmadı. Yaya kimi klubsuz qalmamaq üçün isə Latviyanın qonşusu İsveçdə müvəqqəti çıxış etmək qərarına gəldim. Yayda transfer pəncərəsi açılanda “Yelqava”ya keçmək fikrim var”.

Qeyd edək ki, “Liksele”də çıxış edəcək digər futbolçular müdafiəçi Zaur Nəzirovla qapıçı Ruzi Qiyaslıdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.