"Reyncers" onunla bağlı bizimlə əlaqə yaratmayıb" - "Qəbələ"nin baş meneceri

"Qəbələ"nin yarımmüdafiəçisi Endi Halidey müqavilə ilə məxsus olduğu "Reyncers"ə qışda qayıtmayacaq.

Prosport.Az xəbər verir ki, bu barədə Britaniyanın "Deyli Rekord" nəşrinin əməkdaşı Mark Uolker məlumat yayıb. Xəbərdə bildirilir ki, heyətdə zədəliləri nəzərə alan Qlazqo təmsilçisi Halideyi qaytarmaq fikrinə düşmüşdü. Lakin baş məşqçi Qrem Mörti 26 yaşlı orta sahə oyunçusuna ehtiyac duymayıb. O yarımmüdafiə xəttində Rayan Cek və Qrem Doransa güvənməyi üstün tutub.

Bu barədə "Qəbələ"nin baş meneceri Zaur Əzizov da danışıb: "Əvvəla "Reyncers" onunla bağlı bizimlə əlaqə yaratmayıb. Onlar icarə müqaviləsinə xitam verilməsi barədə bizə müraciət etməyiblər. Endinin bizimlə mövsümün sonunadək müqaviləsi var. Heyətimizin hər bir üzvü qiymətli oyunçu kimi dəyərləndirilir. Bizim hər hansısa oyunçumuzun getməsində marağımız yoxdur".

Qeyd edək ki, Endi Halidey 2015-ci ildən "Reyncers"ə məxsusdur və 2020-ci ilədək onun Qlazqo klubu ilə müqaviləsi var.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.