"Neftçi"nin meneceri təsdiqlədi: "Bəli, bu futbolçumuzun adı əsgərlikdə gedir"

"Neftçi"nin futbolçusu Elnur Süleymanovun adının əsgərlikdə getməsini xəbər vermişdik.

Prosport.Az xəbər verir ki, dünən "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədova bu barədə sual verildikdə o belə cavab verməklə kifayətlənmişdi: "Elnur AZAL-da mənim rəhbərliyim altında çıxış edib. Potensialına bələdəm. Onun harda olmasını menecerindən soruşun".

Biz də "Neftçi"nin baş meneceri Eldəniz Yusifova bu suala yönəltməli olduq. Yusifov bunu təsdiqlədi: "Bəli, onun adı əsgərlikdə gedir. Bu, normal haldır. O, Sərhəd Qoşunlarında xidmət edir. Əvvəl Şəmkirdə, daha sonra Şəkidə qulluq edib. Ölkə qanunlarına görə, milliyə çağırılan futbolçuya güzəşt edilə bilər. O da U-21 millimizə çağırılır. Ayda 2 dəfə hərbi xidmətlə əlaqəli olaraq adının getdiyi N saylı hərbi hissəyə baş çəkir".

Onu da bildirək ki, milli oyunçularına dövlət tərəfindən güzəştlərin edilməsinə dair bizdə də bilgi var. Lakin onu da qeyd etməliyik ki, ötən ay "Neftçi"yə cəlb olunmuş Elnur Süleymanov bu müddətdə milliyə bir dəfə də olsun, çağırılmayıb. Belədə onun yığma futbolçusu adı ilə hərbi xidmətdən necə azad olunması sual doğurur...

Səbuhi TOFİQOĞLU   

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.